Bakı. 16 fevral. REPORT.AZ/ İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fəxri Həmzə Bakıya gələcək.
Bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, F.Həmzənin başçılıq etdiyi nümayəndə heyəti sabahdan Azərbaycan-İndoneziya əlaqələrinin inkişaf perspektivlərinin müzakirə ediləcəyi bir neçə rəsmi görüş keçirəcək.