Nazir: "İndoneziya dövlət xidmətlərinin keyfiyyətinin artırılması məsələsində Azərbaycanın təcrübəsindən yararlanır"

Nazir: "İndoneziya dövlət xidmətlərinin keyfiyyətinin artırılması məsələsində Azərbaycanın təcrübəsindən yararlanır" Asman Abnur buna nümunə kimi "ASAN Xidmət"in fəaliyyətini qeyd edib
Xarici siyasət
9 Fevral , 2017 11:06
Nazir: İndoneziya dövlət xidmətlərinin keyfiyyətinin artırılması məsələsində Azərbaycanın təcrübəsindən yararlanır

Bakı. 9 fevral. REPORT.AZ/ "İndoneziya dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması məsələsində Azərbaycanın təcrübəsindən yararlanır".

"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur ictimai xidmətlər sahəsində yeniliklər üzrə seminarda bildirib.

Onun sözlərinə görə, İndoneziya hökuməti bu məsələdə dövlət qurumlarının fəaliyyətinin həm mərkəzi, həm də yerli səviyyələrdə təşviqini davam etdirmək niyyətindədir. Nazir bildirib ki, dövlət xidmətləri mərkəzinin yaradılması məsələsində Azərbaycanın uğurlu təcrübəsi mövcuddur və buna nümunə kimi "ASAN Xidmət"in fəaliyyətini qeyd edib.  

O, ictimai xidmət mərkəzlərinin yaradılmasının təşviqi ilə hökumətin ölkə əhalisinin sosial və digər ehtiyaclarını təmin etməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi