İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb

İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb Bakı. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.
Xarici siyasət
6 Sentyabr , 2018 21:42
İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.

“Report” xəbər verir ki, parlament sədri Qordan Yandrokoviç Prezident İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinin uğurlu keçdiyi, səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığı qeyd edildi. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində xüsusi rolunun olduğu bildirilib.

Azərbaycanın Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olunub, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan ilə Xorvatiya arasında nəqliyyat, əczaçılıq, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib, dostluq qruplarının bu işə mühüm töhfə verə biləcəyi bildirildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi