İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.
Xarici siyasət
20 Mart , 2019 17:40
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi