İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib

İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib "Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm"
Xarici siyasət
5 Dekabr , 2016 19:35
İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının yeni seçilmiş Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Son xəbərlər

Orphus sistemi