Azərbaycan Prezidenti “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb - YENİLƏNİB Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xarici siyasət
17 Yanvar , 2017 21:25
Azərbaycan Prezidenti “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb - YENİLƏNİB

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə AzərTAC məlumat yayıb. 

Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verib. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğulayıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi