İƏT baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq səyləri artırmağa çağırıb

İƏT baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq səyləri artırmağa çağırıb İyad bin Amin Madani təmas xəttində gərginliyin artmasından dərin narahatlığını ifadə edib
Xarici siyasət
4 Aprel , 2016 09:01
İƏT baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq səyləri artırmağa çağırıb

Bakı. 4 aprel. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani Ermənistanın Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində təmas xəttində gərginliyin artmasından dərin narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə Madaninin bəyanatında deyilir.

Təşkilatın baş katibi İƏT-in məsələylə bağlı mövqeyini xatırladaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etmək lazım olduğunu və Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

İyad bin Amin Madani, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığına riayət edilməsi və bunların təmin olunması prinsipləri, habelə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq sənədləri və qərarları əsasında siyasi həllinə nail olmaq üçün beynəlxalq səylərin, xüsusilə ATƏT-in Minsk qrupunun səylərinin artırılmasının zəruriliyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi