Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze martın 6-da Azərbaycana rəsmi səfər edəcək.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Mixeil Canalidzenin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf yollarını və regional məsələləri müzakirə edəcəklər.