Gürcüstan XİN başçısının müavini: “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələr ümumi inkişafa mane olur”

Gürcüstan XİN başçısının müavini: “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələr ümumi inkişafa mane olur” “Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrdə mövcud münaqişələr ümumi inkişafa mane olur”.
Xarici siyasət
12 İyul , 2019 15:31
Gürcüstan XİN başçısının müavini: “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələr ümumi inkişafa mane olur”

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrdə mövcud münaqişələr ümumi inkişafa mane olur”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O deyib ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü çox önəmlidir: “Proqram iştirakçı ölkələrə əlavə imkanlar verir. Əlbəttə ki, münaqişələr olmasaydı, tərəfdaş ölkələrdə daha çox proqram və layihələr həyata keçirilə bilərdi”.

L.Darsalia qeyd edib ki, Azərbaycan və Gürcüstan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq edir: “Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də çoxtərəfli formatda çox intensiv əməkdaşlıq edir. İstənilən çoxtərəfli format iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün əlavə imkandır”. 

Son xəbərlər

Orphus sistemi