Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb

Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb.
Xarici siyasət
10 Oktyabr , 2019 15:24
Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlərin Gürcüstan ictimaiyyəti üçün açılması Azərbaycanla sərhəd məsələsində irəliyə doğru atılan növbəti addımdır.

S.Zurabişvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Əminəm ki, birgə səylər nəticəsində tərəflər iki dost ölkənin maraqlarına cavab verən çıxış yolunu mütləq tapacaqlar”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Keşikçi Dağı Məbəd-Kompleksindəki məbədlərin gürcü zəvvarlar üçün sabahdan etibarən açılacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi