Gürcüstan DİN başçısı: “Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılığın əldə olunacağına əminik”

Gürcüstan DİN başçısı: “Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılığın əldə olunacağına əminik” “Biz əminik ki, strateji tərəfdaş və dost dövlət Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılıq əldə edəcəyik”.
Xarici siyasət
1 May , 2019 13:33
Gürcüstan DİN başçısı: “Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılığın əldə olunacağına əminik”

“Biz əminik ki, strateji tərəfdaş və dost dövlət Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı razılıq əldə edəcəyik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sərhədin müəyyən olunması məsələsində mədəni irs və kilsənin də maraqları nəzərə alınacaq: “Keşikçi Dağı Məbəd-Kompleksi olduqca həssas mövzudur. Sərhədlərin demarkasiyasını qısa zaman ərzində başa çatdırmalıyıq”.

G.Qaxaria məbəd mövzusu ətrafında spekulyasiya edən və etnik düşmənçiliyi təşviq etməyə çalışan şəxsləri olduqca ehtiyatlı olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi