Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb Heydər Əliyev Beynəlxalq Aeroportunda Giorgi Kvirikaşvilinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Xarici siyasət
12 Mart , 2018 21:19
Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. 12 mart. REPORT.AZ/ Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri martın 12-də başa çatıb.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi