Aleksandr Cecelava: "Gürcüstan Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır"

Aleksandr Cecelava: "Gürcüstan Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır" Səfir Dursun Həsənov Gürcüstanın elm və təhsil naziri ilə görüşüb
Xarici siyasət
6 Fevral , 2017 20:08
Aleksandr Cecelava: Gürcüstan Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır

Tbilisi. 6 fevral. REPORT.AZ/ "Gürcüstan Azərbaycan ilə təhsil sahəsində də əlaqələrin inkişafında maraqlıdır".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın elm və təhsil naziri Aleksandr Cecelava fevralın 6-da Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşdə söyləyib.

A.Cecelava səfir D.Həsənovu Gürcüstana səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub: "Bu əlaqələr bundan sonra da uğurla davam edəcək və daha da möhkəmlənəcək."

Diplomat Dursun Həsənov Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə Avropa Komissiyası ilə əldə olunmuş nailiyyətə görə Gürcüstan hökumətini və xalqını təbrik edib.

O bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə, eləcə də təhsil sahəsində əlaqələr inkişaf edir.

Sonra görüşdə ölkələrimiz arasındakı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi