Fuad Muradov: “Avronest PA-nın komitə iclaslarında Azərbaycanın maraqları yüksək səviyyədə qorunacaq”

Fuad Muradov: “Avronest PA-nın komitə iclaslarında Azərbaycanın maraqları yüksək səviyyədə qorunacaq” Azərbaycanda investisiya mühiti, enerji siyasəti və işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat veriləcək
Xarici siyasət
11 Fevral , 2018 22:26
Fuad Muradov: “Avronest PA-nın komitə iclaslarında Azərbaycanın maraqları yüksək səviyyədə qorunacaq”

Tbilisi. 11 fevral. REPORT.AZ/ “Avronest PA-nın Siyasi, İqtisadi, Enerji və Sosial komitələrinin Tbilisidə keçiriləcək iclaslarında bir sıra mühüm məsələlər müzakirə ediləcək. Azərbaycanın maraqları bütün hallarda yüksək səviyyədə müdafiə olunacaq”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov söyləyib.

F.Muradov deyib ki, Avronest PA-nın siyasi komitəsinin fevralın 12-də keçiriləcək iclasında “Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinləniləcək.

Həmin gün keçiriləcək Enerji komitəsinin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerjinin inkişafında effektivlik və dayanaıqlılıq” mövzusunda məruzə dinləniləcək. Bu komitədə məruzə ilə Azərbaycan parlamentinin deputatı Muxtar Babayev çıxış edəcək.

Avronest PA-nın İqtisadi komitəsinin fevralın 13-də keçiriləcək iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində birbaşa investisiyaların əhəmiyyəti” mövzusunda məruzə dinləniləcək.

Sosial komitənin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində “Vərəmə qarşı mübarizə”, eləcə də qeyri-formal əməkçilərin hüquqlarının qorunması ilə bağlı məruzə dinləniləcək.

F.Muradovun sözlərinə görə, məruzələr ətrafındakı çıxışlarda deputatlarımız çıxış edərək ölkəmizin maraqlarını müdafiə edəcəklər. Eyni zamanda, Azərbaycanda investisiya mühiti, enerji siyasəti, vərəmə qarşı mübarizə və işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcəklər.

Avronest PA-nın komitə iclasları çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin Gürcüstan parlamentinin sədri ilə görüşü də nəzərdə tutulub.

F.Muradovun eyni zamanda, Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşü də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi