Fransalı akademik: “Azərbaycan qısa müddətdə insan hüquqlarının inkişafı ilə bağlı böyük irəliləyişlər əldə edib”

Fransalı akademik: “Azərbaycan qısa müddətdə insan hüquqlarının inkişafı ilə bağlı böyük irəliləyişlər əldə edib” Paris. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan qısa müddət ərzində insan hüquqları və demokratiyanın inkişafı sahəsində böyük irəliləyişlər əldə edib”.
Xarici siyasət
4 Dekabr , 2018 09:01
Fransalı akademik: “Azərbaycan qısa müddətdə insan hüquqlarının inkişafı ilə bağlı böyük irəliləyişlər əldə edib”

Paris. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan qısa müddət ərzində insan hüquqları və demokratiyanın inkişafı sahəsində böyük irəliləyişlər əldə edib”.

Bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Fransa Milli Akademiyasının akademiki Kərim İfrak bildirib.

Akademik Azərbaycanda qadınlara 100 il bundan əvvəl səsvermə hüququnun verilməsini yüksək qiymətləndirdiyini də deyib: “Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın ən müasir ölkələrindən birinə çevrilmək üçün durmadan səy göstərir. Azərbaycan Fransa ilə dünyəvilik kimi dəyəri paylaşır. Azərbaycan insan hüquqlarına hörmət edən dünyəvi bir dövlətdir. Azərbaycan qadınlara seçki hüququ verən ilk dövlətlər siyahısında yer alıb. Qadınların ölkədə mövqeyinin yaxşı olması, ölkənin intellektual, diplomatik və beynəlxalq aləmdə mövqeyinin yaxşı olmasına bərabərdir”. Akademik qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri demokratiya və insan hüquqlarının inkişafı sahəsində əhəmiyyətli nəticələr əldə edib: “Demokratiya, insan hüquqlarından danışmazdan öncə Azərbaycanın keçmişinə, tarixinə nəzər salmaq lazımdır. Azərbaycan bir əsrə yaxın müddət ərzində Sovet İttifaqının tərkibində olub. Sovet İttifaqı isə heç bir zaman demokratik və insan hüquqlarına hörmət edən bir ölkə olmayıb. Azərbaycan qısa müddət ərzində, yəni müstəqil dövlət olduqdan sonra bu sahədə böyük nailiyyətlər əldə edib. Lakin yenə də bu dövlətçilik tarixində çox qısa bir müddətdir. Bu gün ən böyük demokratik dövlətlərin 150-200 illik dövlətçilik tarixi, bu sahədə böyük təcrübələri var. Bu dövlətlərlə müqayisə olunması üçün Azərbayana daha artıq vaxt lazımdır. Çox qısa müddətdə malik dövlətçilik təcrübəsini nəzərə aldıqdan sonra deyə bilərik ki, Azərbaycan demokratik və insan hüquqlarına hörmət edən ölkələr arasında öndə gedən bir dövlətdir.“

Son xəbərlər

Orphus sistemi