Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək

Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək Bu ilin mayında Lion şəhərində Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək.
Xarici siyasət
3 Aprel , 2019 14:16
Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək
0 : 00
0 : 00

Bu ilin mayında Lion şəhərində Fransada yaşayan azərbaycanlılara səyyar konsulluq xidməti göstəriləcək. 

Bu barədə "Report"un Qərbi Avropa bürosuna Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, Lion şəhəri və Auvergne-Rhône-Alpes regionunda yaşayan Azərbaycan vətəndaşları mayın 3-ü saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək, həmçinin mayın 4-ü saat 10:00-dan 13:00-dək bu xidmətdən yararlana biləcəklər. 

Eyni zamanda cari il Fransanın Nant, Strasburq, Bordo, Tuluza və Nitsa şəhərlərində yaşayan azərbaycanlılara da səyyar konsulluq xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi