Emmanuel Dupuy: “Fransada sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı azalıb”

Emmanuel Dupuy: “Fransada sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı azalıb” Paris. 18 yanvar. REPORT.AZ/ Rəsmi statistikaya əsasən, Fransada sığınacaq hüququ alan azərbaycanlıların sayı azalıb.
Xarici siyasət
18 Yanvar , 2019 14:28
Emmanuel Dupuy: “Fransada sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı azalıb”

Paris. 18 yanvar. REPORT.AZ/ "Rəsmi statistikaya əsasən, Fransada sığınacaq hüququ alan azərbaycanlıların sayı azalıb". 

Bunu Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy “Report“un Qərbi Avropa bürosuna açıqlamasında bildirib.

E.Dupuy bildirib ki, Fransada sığınacaq alan azərbaycanlı qaçqınların sayının azalmasının Azərbaycandakı dəyişikliklərlə də əlaqəsi var. 

Onun sözlərinə görə, qaçqınların gəldikləri ölkələrdə vəziyyətin dəyişməsi də bu rəqəmə öz təsirini göstərir: “Azərbaycanda son illər həyatın yaxşılaşması üçün göstərilən böyük səylər bu ölkədən qəbul olunan qaçqınların qəbul edilməsi üçün müəyyən edilmiş kriteriyalara yenidən baxılaraq, onların daha da ciddiləşdirilməsinə səbəb olub”.

O qeyd edib ki, Fransada sığınacaq alan qaçqınların ümumi sayı da azalıb: “Belə ki, Cenevrə Konvensiyasına əsasında 2017-ci ildə Fransada yalnız 120 min qaçqına sığınacaq verilib. Həmin ildə 146 min xarici vətəndaşa sığınacaq verən İtaliyadan sonra Fransa ikinci yerdədir. Lakin, əhalisinin sayını nəzərə alsaq Fransa dünyada qaçqın qəbul edən yalnız 17-ci ölkədir".

Onun sözlərinə görə, bu məsələ Avropada miqrant böhranı ilə də sıx əlaqəlidir: "2015-ci ildə bir milyon yarım miqrant Aralıq dənizini keçmişdisə, 2017-ci ildə yalnız 100 min keçib. Beləliklə, ailəsini tərk edib qaçanların sayı 2017-ci ildə azalıb ki, bu da sığınacaq verilən qaçıqlnların ümumi sayının azalmasına birbaşa təsir edib. Lakin, burda bir nüansa xüsusi fikir vermək lazımdır ki, bu da 2017-ci ildə vətənini tərk edib qaçanların sayıdır. Bu rəqəm 260 milyon olub ki, onların bir hissəsi, yəni 70 milyonu münaqişə zonalarından qaçanlardır. Beləliklə, görürük ki, sığınacaq hüququnun verilməsinin müəyyən hissəsi müharibələrlə əlaqəlidir. Belə ki, müharibə zonalarından - əsasən Suriyadan, İraqdan, Əfqanıstan və Sudanın cənubundan qaçqın düşmüş insanlar Avropada, habelə Fransada sığınacaq üçün müraciət edirlər. Münaqişə zonalarından gələn insanlar sığınacaq hüququndan faydalanan insanlar arasında prioritet hesab olunurlar”. 

Son xəbərlər

Orphus sistemi