Azərbaycan FHN qırğız həmkarlarına 5 ədəd yanğısöndürən maşın verib

Azərbaycan FHN qırğız həmkarlarına 5 ədəd yanğısöndürən maşın verib Yanğınsöndürən maşınların verilməsi haqqında razılaşma ötən ilin yayında Bakıdakı danışıqlar zamanı əldə olunub
Xarici siyasət
23 Yanvar , 2015 10:55
Azərbaycan FHN qırğız həmkarlarına 5 ədəd yanğısöndürən maşın verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasından olan həmkarlarına 5 ədəd "АЦ-40" markalı yanğısöndürən maşın verib.

"Report"un xəbərinə görə, bu barədə Qırğız Respublikası FHN-in rəsmi saytı məlumat yayıb.

Azərbaycan FHN həmin maşınları Qırğız Respublikası FHN nümayəndə heyətinin Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təbii fəlakətlərin idarə olunması üzrə VII Beynəlxalq Konfransda iştirakı çərçivəsində 2014-cü il iyunun 5-də Azərbaycan və Qırğız Respublikasının fövqəladə hallar nazirlərinin ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara əsasən təqdim edib.

Qeyd edək ki, Azərbaycan və Qırğız Respublikası FHN rəhbərləri Kəmaləddin Heydərov və Kubatbek Boronovun görüşünün yekunlarına görə, kadrlar hazırlığı sahəsində, həmçinin 10 ədəd  yanğısöndürən maşının Qırğızstana verilməsi ilə texniki yardımın göstərilməsi üzrə razılıqlar əldə olunub. Qalan 5 maşının bu il ərzində verilməsi  planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi