Fərid Şəfiyev: "Avropa İttifaqı Azərbaycanda dərin islahatlarının getdiyini görür və nəticəyə inanır"

Fərid Şəfiyev: "Avropa İttifaqı Azərbaycanda dərin islahatlarının getdiyini görür və nəticəyə inanır" Avropa İttifaqı son bir neçə ayda Azərbaycanda aparılan islahatları alqışlayır.
Xarici siyasət
11 Dekabr , 2019 12:24
Fərid Şəfiyev: Avropa İttifaqı Azərbaycanda dərin islahatlarının getdiyini görür və nəticəyə inanır
Fərid Şəfiyev / Report / Elchin Murad

"Avropa İttifaqı son bir neçə ayda Azərbaycanda aparılan islahatları alqışlayır".

''Report'' xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunları barədə keçirdiyi mətbuat konfransında deyib. 

"Cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar Avropa İttifaqında çox müsbət qiymətləndirilir və alqışlanır. Xüsusən də Milli Məclisin buraxılması, kadr islahatları və s. islahatlar çox müsbət qiymətləndirilir. Avropa İttifaqı Azərbaycanda dərin islahatlarının getdiyini görür və nəticəyə inanır", - F.Şəfiyev vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə birlikdə dekabrın 3-6-da Brüsseldə səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi