Fələstinin xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

Fələstinin xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir Səfər zamanı ikitərəfli əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq
Xarici siyasət
16 Fevral , 2017 10:47
Fələstinin xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

Bakı. 16 fevral. REPORT.AZ/ Fələstinin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə "Report"a Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Məlumata görə, nümayəndə heyəti Xarici İşlər Nazirliyində görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf məsələləri, eləcə də Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi