Fələstinin xarici işlər naziri Azərbaycana səfər edəcək

Fələstinin xarici işlər naziri Azərbaycana səfər edəcək Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçiriləcək
Xarici siyasət
3 Noyabr , 2018 11:05
Fələstinin xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Fələstinin xarici işlər naziri Riyad əl-Maliki noyabrın 4-dən 6-dək Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim məlumat verib.

Səfər zamanı Fələstin xarici işlər naziri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də noyabrın 5-də Bakıda keçiriləcək Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşünə sədrlik edəcək.

Son xəbərlər

Orphus sistemi