Fələstin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Fələstin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Məktub Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə göndərilib
Xarici siyasət
17 Oktyabr , 2017 16:30
Fələstin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas / AFP 2017/ Abbas Momani

Bakı. 17 oktyabr. REPORT.AZ/ Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin".

Son xəbərlər

Orphus sistemi