Bakı. 12 iyun. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycanda rəsmi səfərdədir.
"Report" Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı S.Mikser Azərbaycanın baş naziri Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, aktual regional məsələlər, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri, o cümlədən Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq.
İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.