Estoniya Avropa İttifaqına sədrlik edəcək

Estoniya Avropa İttifaqına sədrlik edəcək Rəsmi Tallinə sədrlik referendumla Avropa İttifaqından çıxan Böyük Britaniyadan keçib
Xarici siyasət
20 İyul , 2016 19:07
Estoniya Avropa İttifaqına sədrlik edəcək

Bakı. 20 iyul. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) sədrlik Estoniyaya keçib.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, rəsmi Tallinə sədrlik referendumla Avropa İttifaqından çıxan Böyük Britaniyadan keçib.

Xatırladaq ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda vətəndaşlar Avropa İttifaqına "yox" deyib. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb. 

Son xəbərlər

Orphus sistemi