Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Novruz Məmmədov təmsil edəcək - YENİLƏNİB

Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Novruz Məmmədov təmsil edəcək - YENİLƏNİB Bakı. 9 iyul. REPORT.AZ/ Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.
Xarici siyasət
9 İyul , 2018 12:32
Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Novruz Məmmədov təmsil edəcək - YENİLƏNİB
Azərbaycanın Baş naziri Novruz Məmmədov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.


*** 09:29

Bu gün Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedəcəyi gözlənilir.

"Report" Habertürk-ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək. 

Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.

Son xəbərlər

Orphus sistemi