Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edib

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edib Türkiyə Prezidenti Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb
Xarici siyasət
24 Dekabr , 2014 13:53
Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edib
Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi