Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Xarici siyasət
16 Fevral , 2019 18:41
Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Tərəflər bir sıra sahələrində ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi