Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib

Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib Azərbaycanın XİN rəhbəri Sergey Lavrova məktub ünvanlayıb
Xarici siyasət
20 Dekabr , 2016 00:16
Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Sergey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

O, məktubda, həmçinin öz adından və XİN-in kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.

Son xəbərlər

Orphus sistemi