Elmar Məmmədyarov Paraqvay Senatının sədrini qəbul edib

Elmar Məmmədyarov Paraqvay Senatının sədrini qəbul edib Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunuda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.
Xarici siyasət
16 Mart , 2018 17:29
Elmar Məmmədyarov Paraqvay Senatının sədrini qəbul edib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunuda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycana səfərindən və VI Qlobal Bakı Forumda iştirakından, eyni zamanda keçirilmiş ikitərəfli görüşlərdən məmnunluq duyan F.L.Mendez Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə məhsuldar fikir mübadiləsi aparıldığını bildirib.

Habelə qonaq sözügedən forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin Azərbaycan və Paraqvay münasibətlərinin gələcək perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.

Nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il və 25 oktyabr 2017-ci ildə Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırımı ilə əlaqədar bəyanatların qəbul edilməsi və bu faciənin qurbanları ilə həmrəyliyin ifadə olunmasına görə Paraqvay Respublikasının Milli Konqresinə təşəkkürünü bildirib.

Görüşdə regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi