Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək

Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək.
Xarici siyasət
25 Fevral , 2019 16:15
Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Elchin Murad

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva məlumat verib.

O, martın 4-də Buxarestdə keçiriləcək Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır.

Onun sözlərinə görə, görüş zamanı Şərqlə Qərb arasında əlaqə üçün dəniz və quru yük daşınması marşrutunun yaradılması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü ötən ilin oktyabr ayında Aşqabadda keçirilib.

Son xəbərlər

Orphus sistemi