Elmar Məmmədyarov Makedoniyanın XİN başçısı ilə görüşüb

Elmar Məmmədyarov Makedoniyanın XİN başçısı ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb
Xarici siyasət
30 Sentyabr , 2015 14:41
Elmar Məmmədyarov Makedoniyanın XİN başçısı ilə görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki ilə görüşüb. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov Azərbaycanın Balkan regionu ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

İkitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin və müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Makedoniya arasında enerji, turizm, kənd-təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu bildirilib.

BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığı və qarşılıqlı dəstəyinin vacibliyi qeyd edilib.

Cənub qaz dəhlizinin reallaşdırılması, Şah Dəniz II layihəsinin icrası və TANAP və TAP xəttinin inşası üzrə işlərin gedişi barəsində məlumat verən nazir Elmar Məmmədyarov layihə çərçivəsində boru xəttinin keçəcəyi ölkələrdə yeni iş yerlərinin və investisiya imkanlarının açılacağını, regional əməkdaşlığın inkişaf edəcəyini və diversifikasiya olunmuş mənbə hesabına qaz təchizatının təmin olunacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi