Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazir
XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğu, bu xüsusda İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu qeyd edilib.
Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyət göstərdiyi, operativ qərargahları Lombardiyada yerləşən "Saipem", "Eni", "Snam", "Maire Tecnimont" kimi iri şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunduğu, regionun mərkəzi şəhəri Milan ilə Bakı arasında birbaşa hava nəqliyyat xəttinin olmasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafı üçün əhəmiyyəti bildirilib. Lombardiya regionunun İtaliyanın iqtisadi və mədəni həyatında önəmli yerə malik olduğunu nəzərə alaraq bu bölgənin Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişafına əlavə töhfələr verə biləcəyindən əminlik ifadə olunub.
Lombardiya regionunun prezidenti gənclik dövründə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın son illərdə əldə etdiyi yüksək nailiyyətlər barədə məlumatlı olduğunu bildirib və rəhbərlik etdiyi bölgədən olan şirkətlərin Azərbaycandakı yeni iqtisadi imkanlardan faydalanmasında maraqlı olduğunu, eləcə də Lombardiyanın yüksək elmi-texnoloji potensialını da nəzərə alaraq, regiondakı ali təhsil müəssiələri və elmi-tədqiqat insitutlarının Azərbaycandakı müvafiq qurumlarla əlaqələrinin də inkişafının faydalı olacağını diqqətə çatdırıb.
Elmar Məmmədyarov son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə intensivliyin müşahidə olunduğunu, bu xüsusda cari ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri vaxtı Prezident
Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya regionun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.