Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı Nazir Məmmədyarovu məlumatlandırıb.
Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıb. Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.