Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət bildirib

Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət bildirib Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür.
Xarici siyasət
23 Oktyabr , 2018 12:41
Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət bildirib
Xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür".

“Report” xəbər verir ki, bunu RİA "Novosti”yə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

“Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların ucdantutma qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu mənada istisna təşkil edir”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi