Elmar Məmmədyarov: "Azərbaycan xarici QHT-lər tərəfindən ikili standartlarla üzləşir"

Elmar Məmmədyarov: "Azərbaycan xarici QHT-lər tərəfindən ikili standartlarla üzləşir" "Azərbaycan ərazilərinin işğalı və 1 milyondan artıq qaçqının olması onların diqqətindən kənardadır"
Xarici siyasət
28 Aprel , 2015 15:11
Elmar Məmmədyarov: Azərbaycan xarici QHT-lər tərəfindən ikili standartlarla üzləşir

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan xarici QHT-lər tərəfindən ikili standartlarla üzləşir. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında ölkədə insan hüquqları ilə bağlı vəziyyəti şərh edərkən bildirib. 

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq qaçqının olması onların diqqətindən kənardadır.

O vurğulayıb ki, Ermənistan qaçqınların və məcburi köçkünlərin hüquqlarını pozmaqda davam edir və bununla da BMT Nizamnaməsinin insanın doğulduğu yerdə yaşamaq hüququ olmasını bəyan edən paraqrafının 1-ci bəndini pozmuş olur. 

Mayın 21-22-də Riqada növbəti Şərq Tərəfdaşlığı sammitinin keçirilməsi məsələsini şərh edən E.Məmmədyarov bildirib ki, sözügedən sammit Şərq Tərəfdaşlığı ölkələri və Aİ proqramları və əməkdaşlığı nəticələrinin qiymətləndirilməsi üçün mühüm müstəvidir.  

Son xəbərlər

Orphus sistemi