Elmar Məmmədyarov: "Azərbaycan və Qətər arasında münasibətlər getdikcə inkişaf edir"

Elmar Məmmədyarov: "Azərbaycan və Qətər arasında münasibətlər getdikcə inkişaf edir" "Azərbaycan Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurası ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindədir"
Xarici siyasət
31 Yanvar , 2017 12:23
Elmar Məmmədyarov: Azərbaycan və Qətər arasında münasibətlər getdikcə inkişaf edir

Bakı. 31 yanvar. REPORT.AZ/ "Azərbaycan və Qətər arasında münasibətlər getdikcə inkişaf edir. Siyasi baxımdan beynəlxalq arenada mövqelərimiz eynidir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərin XİN başçısı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüçündən sonra keçirdiyi brifinqdə deyib.

E.Məmmədyarov tərəflərin görüş zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdiklərini bildirib.

Azərbaycan XİN başçısı ölkəmizin Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurası ilə münasibətləri daha da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb: "Yayda bu ölkələrlə birgə iclas keçirməyi planlaşdırırıq".

Nazir görüşdə eyni zamanda iqtisadi məsələlərin müzakirə edildiyini bildirib: "Bu gün, həmçinin hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün planlarımız var. TAP, TANAP, Cənub qaz dəhlizi layihələrinin həyata keçirilməsini gedişi barədə müzakirələr apardıq".

Azərbaycanlı nazir görüşdə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələlərinin də müzakirə edildiyini vurğulayıb. E.Məmmədyarov iki ölkə arasında aviareyslərin artırılmasında maraqlı olduğunu bildirib.

Azərbaycan XİN başçısı iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük imkanlar olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Dohaya səfərinin təşkili üzərində iş gedir və bu səfər zamanı iqtisadi əlaqələrin inkişaf yolları müzakirə ediləcək.

Öz növbəsində, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Turizm sahəsində əməkdaşlıq barədə danışan nazir görüş zamanı iki ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, eləcə də təhsil, o cümlədən tələbə mübadiləsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi