Elmar Məmmədyarov: "Azərbaycan müstəqil xarici siyasət yürüdür"

Elmar Məmmədyarov: "Azərbaycan müstəqil xarici siyasət yürüdür" Bakı. 17 oktyabr. REPORT.AZ/ Şərq Tərəfdaşlığı ölkələrinin bəziləri müstəqil xarici siyasət yürüdür və bərabərhüquqlu strateji razılaşmalara ümid edir. Əlbəttə, Azərbaycan da onların sırasındadır.
Xarici siyasət
17 Oktyabr , 2018 11:11
Elmar Məmmədyarov: Azərbaycan müstəqil xarici siyasət yürüdür
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" ölkələrinin bəziləri müstəqil xarici siyasət yürüdür və bərabərhüquqlu strateji razılaşmalara ümid edir. Əlbəttə, Azərbaycan da onların sırasındadır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Euractiv" nəşrinə müsahibəsində deyib.

O vurğulayıb ki, bu ölkələri Avropa İttifaqı ilə ümumi dəyərlər birləşdirir.

"Bütün bu ölkələr ("Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları - red.) özlərini Avropanın bir hissəsi hesab etdiklərindən Avropa İttifaqı ilə əlaqələr qurmaq istəyir. Onların hər biri bu məsələyə fərqli yanaşır. Onların bəziləri digər bloklara, məsələn, KTMT və Avrasiya İqtisadi Birliyinə daxildir, bəzi ölkələr isə müstəqil xarici siyasətini yürüdür", - o bildirib.

Son xəbərlər

Orphus sistemi