Əli Həsənov: “Biz Azərbaycan xalqının maraqları pozulan yerdə iştirak edə bilmərik”

Əli Həsənov: “Biz Azərbaycan xalqının maraqları pozulan yerdə iştirak edə bilmərik” “Avrasiya İttifaqına qoşulmaqla da bağlı təkliflər alırıq”
Xarici siyasət
11 İyun , 2015 17:42
Əli Həsənov: “Biz Azərbaycan xalqının maraqları pozulan yerdə iştirak edə bilmərik”

Bakı. 11 iyun. REPORT.AZ/ “SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış 15 ölkədən biri Azərbaycandır. O zaman bir neçə yol vardı, onlardan biri post-sovet məkanına yönlənmək, digəri isə Avropaya inteqrasiya olunmaq məsələsi idi. Həmin dövrdə Qoşulmama Hərəkatına qoşulmaq məsələsi də gündəmdə idi. 1992-ci ildə Azərbaycan anarxiya dövrünü yaşadı, sosial çaxnaşma oldu. 1995-ci ildə Konstitusiya qəbul olundu, burada hər şey əksini tapıb. Biz müstəqillik yolunu seçmişik, bu yolla da davam edirik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycana Avropa Qonşuluq Siyasətinə qoşulmaqla bağlı təkliflər olur: “Cəlbedici təkliflər də gəlir. Avrasiya İttifaqına qoşulmaqla da bağlı təkliflər alırıq. Biz balanslı, Azərbaycanın maraqlarına uyğun siyasət yürüdürük. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Biz həm İran, həm ABŞ, həm də Rusiya ilə dostluq edirik. Biz çalışırıq ki, kiminsə maraqlarının üzərinə kölgə salmayaq. Həmçinin, biz Azərbaycan xalqının maraqları pozulan yerdə iştirak edə bilmərik”.

Son xəbərlər

Orphus sistemi