Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib Tədbirdə Misirdə yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib
Xarici siyasət
30 Dekabr , 2014 14:46
Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, səfirlikdə təşkil olunmuş tədbirdə Misirdə yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirin açılışında çıxış edən səfir Şahin Abdullayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir iştirakçılarını təbrik edib və Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikinin mətnini qonaqların diqqətinə çatdırıb.

Ş.Abdullayev Azərbaycanda 2014-cü ildə görülmüş işlər barədə geniş məlumat verərək, bir sıra uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb və 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından söz açaraq, bunun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, idmanın və olimpiya hərəkatının Azərbaycanın siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

Səfir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Azərbaycanın 2014-cü ildə “Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması mərasimini xatırladıb və həmin layihənin Azərbaycanın beynəlxalq rolunu daha da gücləndirməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi