Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb

Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.
Xarici siyasət
5 Sentyabr , 2018 09:29

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.

"Report" Ağ evin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Örl Litzenbergerin (Earl D. Litzenberger) namizədliyi irəli sürülüb.

Qeyd edək ki, o, daha əvvəl ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub. 

E.Litzenberger fransız, rus, serb və bolqar dillərində danışır.

Son xəbərlər

Orphus sistemi