Diplomat: "Sudan və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"

Diplomat: "Sudan və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir" "Sudan Azərbaycanla təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır"
Xarici siyasət
28 Mart , 2016 16:44
Diplomat: Sudan və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir

Bakı. 28 mart. REPORT.AZ/ "Sudan və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində bir-birini dəstəkləyir". "Report" xəbər verir ki, bunu Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Məhəmməd Əl Balla Osman Məhəmməd deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün olan səyləri dəstəkləyirik. Üstəlik, müxtəlif beynəlxalq meydanlarda Azərbaycanla bir-birimizi dəstəkləyirik", - deyə diplomatik missiyanın rəhbəri bildirib.

O, Sudanın Azərbaycanla diplomatik əlaqələrinin 1992-ci ildə qurulduğunu xatırladıb.

Müvəqqəti işlər vəkilinin sözlərinə görə, Sudan bu gün üçün Azərbaycanla təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan o, Sudanın iki ali təhsil ocağında - Beynəlxalq Afrika Universiteti və Xartum Dövlət Universitetində Azərbaycandan olan 12 tələbə üçün təhsil almaq imkanı yaradıldığını xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi