Bakı. 28 fevral. REPORT.AZ/ Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda səfərdə olan Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanov və 9 dövlətdən gəlmiş nümayəndə heyətlərinin rəhbərliyi ilə birlikdə bir sıra tədbirlərdə iştirak edib.
“Report”un xəbərinə görə, Saatlı rayonunda və ətraf rayonlarda məskunlaşmış Axıska türklərinin nümayəndələrinin iştirakı, “Vətən” cəmiyyətinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib və problemlərin həlli ilə bağlı dinləmələr aparılıb.
T.Kərimli çıxışında Xocalı soyqrımı ilə bağlı bəyanatlarına görə təşkilata və onun rəhbərinə təşəkkürünü bildirib.