Deputat: "Azərbaycan və Tümen vilayəti yeni əlaqələr qurmaq üçün hər cür imkana malikdir"

Deputat: "Azərbaycan və Tümen vilayəti yeni əlaqələr qurmaq üçün hər cür imkana malikdir" Eduard Ömərov: "Azərbaycanlı neftçilər Tümendə neft sənayesinin inkişafına böyük töhfə veriblər"
Xarici siyasət
23 May , 2017 10:11
Deputat: Azərbaycan və Tümen vilayəti yeni əlaqələr qurmaq üçün hər cür imkana malikdir
Report.az

Tümen. 23 may. REPORT.AZ/ "Azərbaycan və Rusiyanın Tümen vilayəti yeni, uğurlu əlaqələr qurmaq üçün hər cür imkana malikdirlər. Çünki onların iqtisadiyyatı, istehsalı və elmi araşdırmaları oxşardır".

"Report" xəbər verir ki, bunu Tümen Vilayət Dumasının deputatı Eduard Ömərov azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Bakı və Tümenin əməkdaşlıq etməli olduğunu düşündüyündən keçən il Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevə Azərbaycana səfər etməyi təklif edib.

"Belə alınıb ki, Tümen vilayəti Avropada, Asiyada tərəfdaşlıq, investisiya, elm axtarışındadır. Eyni şeyi Azərbaycan da başqa ölkələrlə edir. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın bütün vilayətləri arasında Tümen vilayəti və Tatarıstan Azərbaycana ən yaxın olanlarıdır. Odur ki, axtarış zamanı çox da uzağa çıxmaq mütləq deyil", - deyə E.Ömərov bildirib.

Azərbaycanda təhsil və tibb sahələrinin fəal inkişafı haqqında danışan deputat oxşar tendensiyanın vilayətdə də müşahidə olunduğunu qeyd edib.

"Bizdə çox güclü tibb və təhsil qrupları mövcuddur", - deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan neftçiləri Tümendə neft sənayesinin inkişafına böyük töhfə veriblər.

"Vilayətimizdə Sənaye Universiteti var və neft-qaz sektorunda işləyən çox sayda azərbaycanlı oradan məzun olub. Eyni proses Azərbaycan da da baş verib: ötən əsrin 70-80-ci illərində Bakıda təhsil alan bu sahənin mütəxəssisləri vilayətimə geri dönüb", - E.Ömərov deyib.

Son xəbərlər

Orphus sistemi