Çolpon-Atada Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib

Çolpon-Atada Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatıb
Xarici siyasət
3 Sentyabr , 2018 12:43
Çolpon-Atada Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ)  VI sammiti işini başa vurub.

"Report" Qırğız Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sammitin yekununda Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib.

Sənədlər bunlardır: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin, baş katib müavininin və Türk Akademiyasının prezidentinin təyin edilməsi barədə qərar; Macarıstana TDƏŞ-də müşahidəçi statusunun verilməsi barədə qərar; Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası haqqında Konsepsiyanın layihəsi; Gənclər siyasəti və milli idman növləri sahəsində əməkdaşlığın inkişafı barədə TDƏŞ dövlət başçılarının birgə bəyanatı; Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar TDƏŞ dövlət başçılarının birgə bəyanatı.

Son xəbərlər

Orphus sistemi