CAR dövlət orqanları və ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

CAR dövlət orqanları və ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb Bundan başqa, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində kampaniya başlayıb
Xarici siyasət
23 Fevral , 2015 19:21
CAR dövlət orqanları və ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən “Azərbaycanın Dostları" İctimai Təşkilatının sədri Cəmil Məmmədalizadə tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar CAR-ın dövlət orqanlarına və ictimaiyyətinə ünvanlanmış bəyənat yayılıb.

Səfirlikdən "Report"a verilən məlumata görə, bəyənatda Xocalının işğal olunma tarixi və ağır nəticələri haqda geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi vurğulanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda ümumi məlumat əks olunan bəyənatda həmçinin bu problemin hazırkı günədək öz həlli yolunu tapmadığı bildirilib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi təqdim edilib.

Sənədə eyni zamanda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş Gülmirə və Ayselin mümkün gələcəyi haqda bəhs edilmiş və digər vəhşicəsinə öldürülmüş azayşlıların siyahısı əlavə edilib.

Bəyənatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırılıb.

Bundan başqa, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yayımlanmaqda olan petisiyanın internet linkləri imzalanmaq üçün səfirliyin və “Azərbaycanın Dostları" İctimai Təşkilatının internet və “facebook” səhifələrində yerləşdirilib və bu istiqamətdə kampaniya başlanıb.

Son xəbərlər

Orphus sistemi