Türkiyənin Azərbaycandakı səfiri: "Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə ləkə salmasına icazə verməyəcəyik"

Türkiyənin Azərbaycandakı səfiri: "Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə ləkə salmasına icazə verməyəcəyik" Ərkan Özoral Ankarada rusiyalı səfirin öldürülməsi ilə bağlı başsağlığı verib
Xarici siyasət
20 Dekabr , 2016 18:18
Türkiyənin Azərbaycandakı səfiri: Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə ləkə salmasına icazə verməyəcəyik

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Ankarada silahlı hücum nəticəsində Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar başsağlığı verib.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Ə.Özoral bidlirib ki, Andrey Karlovun öldürülməsi xəbərindən çox kədərlənib: "Bu hadisəni kəskin şəkildə qınayır və lənətləyirik. Fakt geniş miqyasda təhlil olunacaq və hadisədə əli olan hər kəs ədalət qarşısında cavab verəcək".

Səfir deyib ki, bu cür mənfur hadisənin iki ölkə əlaqələrinin normallaşması və Moskvada Türkiyə-İran-Rusiya xarici işlər nazirlərininin görüşü ərəfəsində törədilməsi bizi düşünməyə vadar edir: "Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə ləkə salmasına yol verməyəcəyik. Bu çətin günlərdə rus xalqına və dövlətinə başsağlığı verirəm". 

Son xəbərlər

Orphus sistemi