Brüsseldə Azərbaycan Prezidenti ilə Əfqanıstan Prezidenti arasında görüş keçirilib - YENİLƏNİB

Brüsseldə Azərbaycan Prezidenti ilə Əfqanıstan Prezidenti arasında görüş keçirilib - YENİLƏNİB Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
Xarici siyasət
11 İyul , 2018 18:31
Brüsseldə Azərbaycan Prezidenti ilə Əfqanıstan Prezidenti arasında görüş keçirilib - YENİLƏNİB

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

"Report" xəbər verir ki, dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirib.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dövlət başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulanıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.

Görüşdə həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.


*** 17:21

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi