Bronislav Komorovski Azərbaycan Prezidentinə başsağlığı verib

Bronislav Komorovski Azərbaycan Prezidentinə başsağlığı verib "Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı"
Xarici siyasət
25 May , 2015 18:43
Bronislav Komorovski Azərbaycan Prezidentinə başsağlığı verib

Bakı. 25 may. REPORT.AZ/ Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. "Report"un məlumatına görə, məktubda bildirilir:

"Möhtərəm cənab Prezident,

Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı. Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi