Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisinin Azərbaycana səfər proqramı açıqlanıb

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisinin Azərbaycana səfər proqramı açıqlanıb Emma Nikolson iki gün Azərbaycanda olacaq
Xarici siyasət
3 Noyabr , 2016 15:58
Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi, baronessa Emma Nikolsonun Azərbaycana səfirinin proqramı açıqlanıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, E.Nikolson noyabrın 30-da Azərbaycana gələcək və səfər 2 günlük olacaq. Baronessa dekabrın 1-də ölkəmizi tərk edəcək.

Səfər zamanı britaniyalı elçinin Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər dövlət və hökumət nümayəndələri ilə görüşü gözlənilir.

Qeyd edək ki, E.Nikolsonla birlikdə Azərbaycana neft-qaz sahəsində ticarət missiyası da gələcək.

Son xəbərlər

Orphus sistemi