Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib

Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib Bolqarıstan prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
19 Sentyabr , 2014 16:05
Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib
Bakı. 19 sentyabr. REPORT.AZ/ Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycan Respublikasına səfərə gəlib. “Report”un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Rosen Plevneliyevin Bakıya səfərində əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak etməkdir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi